Aleksandr Səmədov özü haqqında yayılan xəbərləri təkzib edib

Aleksandr Səmədov özü haqqında yayılan xəbərləri təkzib edib Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov Ximkinin Olimp klubunun baş direktoru olacağı barədə şayiələrə münasibət bildirib.
Futbol
26 Avqust , 2019 08:59
Aleksandr Səmədov özü haqqında yayılan xəbərləri təkzib edib

Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov Ximkinin "Olimp" klubunun baş direktoru olacağı barədə şayiələrə münasibət bildirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sabiq futbolçu bildirib ki, nə ilə məşğul olacağını müəyyən etməyib. Onun sözlərinə görə, hazırda ailəsi ilə dincəlir. 

"Hər halda artıq bununla məşğul olmağa başlamaq lazımdır. Yəqin bu, hansısa bir futbol tarixi olacaq. Çətin ki, məşqçi olacam. Baş direktor haqqında şayiələrə gəlincə, "Olimp"lə sadəcə dostluq münasibətləri var, hansısa məsələlərdə mən kömək edirəm. Bundan başqa heç nə", - A.Səmədov bildirib.

Son xəbərlər

Orphus sistemi