​Aleksandr Əliyev "Qarabağ"a keçə bilər

​Aleksandr Əliyev "Qarabağ"a keçə bilər A.Əliyev hazırda Kiyev "Dinamo"sunun bazasında məşq edir
Futbol
21 Yanvar , 2015 01:25
​Aleksandr Əliyev Qarabağa keçə bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ Ukrayna yığması və Kiyevin "Dinamo" klubunun sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Mahaçqala "Anji"si ilə müqaviləsini pozub və yeni komanda axtarışındadır.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, A.Əliyev hazırda Kiyev "Dinamo"sunun bazasında məşq edir, onun nümayəndələri isə potensial müştərilərlə danışıqlar aparır.

Bildirilir ki, futbolçuya daha çox Azərbaycan və Türkiyə klubları maraq göstərir.

Məlumata görə, Azərbaycanda futbolçu ilə Ağdamın "Qarabağ" klubu, Türkiyədə isə "Kasımpaşa" maraqlanır.

Xatırldaq ki, Aleksandırın babası Azərbaycan əsillidir. Futbolçu müsahibələrindən birində, babasının Azərbaycan köklərinin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi