Aleks Ferqyusonun oğlu tutduğu vəzifədən istefa verib

Aleks Ferqyusonun oğlu tutduğu vəzifədən istefa verib Bakı. 5 iyun. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson oğlu Darren Ferqyuson Donkaster Roversin sükanı arxasından ayrılıb.
Futbol
5 İyun , 2018 10:28
Aleks Ferqyusonun oğlu tutduğu vəzifədən istefa verib

Bakı. 5 iyun. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson oğlu Darren Ferqyuson "Donkaster Rovers"in sükanı arxasından ayrılıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssis şəxsi istəyi ilə bu addımı atıb. Onun komandası ötən mövsüm İngiltərənin səviyyədə üçüncü divizionunda 15-ci yeri tutub. 

D.Ferqyuson deyib: "Bu qərarı qəbul etməyimdən məyusam. Çünki klubdakı işimdən zövq alır və yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirdim. Lakin hiss edirdim ki, alternativ addımlarım da yoxdur". 

Qeyd edək ki, Aleks Ferqyuson mayın əvvəllərində beyninə qan sızmasından əməliyyat olunub. Darren Ferqyuson xəstəxanada atasının yanında olmaq üçün "Donkaster"in oyunlarından birini buraxıb. 

Son xəbərlər

Orphus sistemi