Aleks Ferqyuson hələ də "Mançester Yunayted"dən milyonlar qazanır

Aleks Ferqyuson hələ də "Mançester Yunayted"dən milyonlar qazanır O, ABŞ-ın keçmiş prezidenti Bill Klinton qədər maaş alır
Futbol
14 Aprel , 2018 15:11
Aleks Ferqyuson hələ də Mançester Yunayteddən milyonlar qazanır

Bakı. 14 aprel. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aleks Ferqyuson hələ də klubla əməkdaşlıq edir. 

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 76 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın ABŞ-dakı səfiri kimi 20 günə 2,3 milyon avro qazanır. Daha 115 min avro hər bir rəsmi açıqlamasından sonra onun hesabına daxil olur. ABŞ-ın keçmiş prezidenti Bill Klinton da bu qədər qazanır. 

Şotlandiyalı keçmiş baş məşqçiyə məxsus "ACF Sports Promotions Limited" şirkətinin aktivləri 10,38 milyon avro təşkil edir. 

Qeyd edək ki, Aleks Ferqyuson "Mançester Yunayted"in sükanını 2013-cü ildə tərk edib. O, klubun Direktorlar Şurasının üzvüdür. Ferqyuson klubdakı 27 illik fəaliyyəti dövründə 38 kubok qazanıb. 

Son xəbərlər

Orphus sistemi