​Albaniyanın "Skenderbeu" klubu Avrokuboklardan kənarlaşdırılıb

​Albaniyanın "Skenderbeu" klubu Avrokuboklardan kənarlaşdırılıb Komanda danışılmış oyunlarda ittiham olunur
Futbol
7 İyun , 2016 00:38
​Albaniyanın Skenderbeu klubu Avrokuboklardan kənarlaşdırılıb

Bakı. 7 iyun. REPORT.AZ/ UEFA danışılmış oyunlarda iştirak etdiyinə görə, Albaniyanın "Skenderbeu" klubunu bir mövsümlüyünə Avrokubok matçlarından kənarlaşdırıb.

"Report"un "Associated Press"ə istinadən verdiyi xəbərə görə, UEFA-nın araşdırma apardığı və klubun milli çempionat və Avropa turnirlərində danışılmış oyunlar oynadığına şübhə etmədiyi iddia olunur.

"Skenderbeu" isə iddia edir ki, bu məlumat bukmeker və KİV-in məlumatlarına əsaslanır.

"Skenderbeu" 2015/16-cı illər mövsümündə Albaniya çempionu olmuşdu və Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak etməli idi. Alban klubu "Qarabağ"la eyni səbətdə yer almışdı.

Son xəbərlər

Orphus sistemi