Albaniyalı müdafiəçi "Qarabağ"la müqaviləsini 2 saniyəyə yeniləyib

Albaniyalı müdafiəçi "Qarabağ"la müqaviləsini 2 saniyəyə yeniləyib "Forever "Qarabag"
Futbol
15 İyun , 2018 09:13
Albaniyalı müdafiəçi Qarabağla müqaviləsini 2 saniyəyə yeniləyib

Bakı. 15 iyun. REPORT.AZ/ Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ" klubu ilə müqaviləsini yeniləməsindən danışıb.

"Report"un məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlama verib. 

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm", - o deyib.

Aqolli söz verib ki, əvvəlki 8 ildə göstərdiyi oyunu qarşıdakı mövsümdə də ortaya qoyacaq: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".

Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb. 

Son xəbərlər

Orphus sistemi