Albaniya millisinə yeni baş məşqçi təyin olunub - RƏSMİ

Albaniya millisinə yeni baş məşqçi təyin olunub - RƏSMİ "Qarabağ"ın futbolçusu yığmada yenə italiyalı mütəxəssisin rəhbərliyi altında çalışacaq
Futbol
19 İyul , 2017 16:55
Albaniya millisinə yeni baş məşqçi təyin olunub - RƏSMİ

Bakı. 19 iyul. REPORT.AZ/ Futbol üzrə Albaniya milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Kristian Panuççidir. 

İtaliyalı mütəxəssislə müqavilənin müddəti və şərtləri açıqlanmır. Yeni baş məşqçi mətbuat konfransında 2018-ci il dünya çempionatına vəsiqə qazanmağın mümkün olmadığını açıqlayıb. O, artıq indidən 2020-ci il Avropa çempionatına hazırlaşmalarının gərəkliyini vurğulayıb. Panuççi əvvəlki baş məşqçi Canni De Byazi kimi adını tarixə yazdırmağa çalışacağını əlavə edib. 

Qeyd edək ki, Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çıxış edir. O, 2016-cı il Avropa çempionatında yığmanın kapitanı olub. İtaliyalı Canni De Byazi Albaniya millisində 2011 - 2017-ci illərdə çalışıb. 

Son xəbərlər

Orphus sistemi