"Alaves" tarixində ilk dəfə olaraq İspaniya Kubokunun finalına çıxıb - VİDEO

"Alaves" tarixində ilk dəfə olaraq İspaniya Kubokunun finalına çıxıb - VİDEO Komanda həlledici oyunda "Barselona" ilə qarşılaşacaq
Futbol
9 Fevral , 2017 02:48
Alaves tarixində ilk dəfə olaraq İspaniya Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 9 fevral. REPORT.AZ/ "Alaves" futbol üzrə İspaniya Kubokunun yarımfinal oyununun cavab qarşılaşmasında "Selta"nı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq turnirin finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, matçda yeganə qolu oyunun 82-ci dəqiqəsində Edqar Mendes vurub.

Viqo şəhərində keçirilən birinci oyun qolsuz heç-heçə ilə başa çatmışdı.

Ötən gün "Barselona" iki oyunun nəticəsinə görə "Atletiko"nu məğlub edərək (2:1 səfərdə, 1:1 evdə) 39-cu dəfə Kubokun finalına çıxıb.

Final oyunu mayın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi