Yuxarı
    Bağlamaq

    ​Akif İsmayılovla vida mərasimi keçirilib

    Mərasim mərhumun evinin qarşısında olub

    Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün dünyasını dəyişən Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılovla vida mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim mərhumun yaşadığı evin qarşısında olub.

    Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, A.İsmayılovun yaxınları, idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Mərhum bu gün Keşlə qəbiristanlığında dəfn olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi