Daha bir TV Topaz Premyer Liqasının oyunlarını canlı yayımlayacaq

Daha bir TV Topaz Premyer Liqasının oyunlarını canlı yayımlayacaq Bu, "CBC Sport" kanalının apardığı danışıqlar nəticəsində mümkün olub
Futbol
15 Avqust , 2015 13:31
Daha bir TV Topaz Premyer Liqasının oyunlarını canlı yayımlayacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın "Ailə TV" kabel televiziyası da Topaz Premyer Liqasının II turunun 3 oyununu canlı yayımlayacaq. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu, "CBC Sport" kanalının apardığı danışıqlar nəticəsində mümkün olub.

Qeyd edək ki, "Connect TV" də Topaz Premyer Liqasının II turunun oyunlarını retranslyasiya edəcək. Bununla bağlı Azərbaycanın kabel operator televiziyası ilə AFFA arasında razılıq əldə olunub. Razılığa əsasən, AFFA tərəfindən "Connect TV"yə futbol üzrə Azərbaycan çempionatının oyunlarının, yəni Topaz Premyer Liqasının II turunun kabel televiziyasının yayımladığı "C1" kanalında retranslyasiya edilməsinə dair hüquq verilib. Eyni zamanda razılığa əsasən, gələcəkdə "CBC Sport" kanalında yayımlanacaq oyunlar da "Connect TV" tərəfindən retranslyasiya ediləcək.

Son xəbərlər

Orphus sistemi