Agentlər yay transferlərindən 529 milyon dollar qazanıb

Agentlər yay transferlərindən 529 milyon dollar qazanıb Futbol agentləri “yay transfer pəncərəsi” dövründə 500 milyon dollar qazanıb.
Futbol
12 Sentyabr , 2019 05:30
Agentlər yay transferlərindən 529 milyon dollar qazanıb

Futbol agentləri “yay transfer pəncərəsi” dövründə 500 milyon dollar qazanıb.

“Report” xəbər verir ki, bu barədə “Fifa Tms” nəşri məlumat yayıb. Mənbənin məlumatına əsasən, bu il yay pənəcərəsindən 8 746 futbolçunun keçidi rəsmiləşdirilib. Bu transferlərdən agentlər 529,3 milyon dollar qazanıb.

Bu məbləğin 64.9% -ni futbolçuların nümayəndələrinə oyunçuların keçdiyi klublar ödəyib.

Bu xərclərin böyük əksəriyyəti (76%) beş aparıcı Avropa çempionatının - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klublarının payına düşür.

Son xəbərlər

Orphus sistemi