Ağabala Ramazanov: "Çalışacağıq ki, azarkeşlərimizi sevindirək"

Ağabala Ramazanov: "Çalışacağıq ki, azarkeşlərimizi sevindirək" Bizim üçün ən vacibi standart vəziyyətlər idi, buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin ən üstün cəhəti bu idi. Amma ki, standart vəziyyətdən 2 qol buraxdıq, buna görə üzülürük.
Futbol
9 İyun , 2019 02:59
Ağabala Ramazanov: Çalışacağıq ki, azarkeşlərimizi sevindirək

"Bizim üçün ən vacibi standart vəziyyətlər idi, buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin ən üstün cəhəti bu idi. Amma ki, standart vəziyyətdən 2 qol buraxdıq, buna görə üzülürük".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov AVRO 2020-nin seçmə mərhələsinin III turunda evdə Macarıstana 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

26 yaşlı futbolçu sonra jurnalistlərin suallarını cavablandırıb:

- Öz oyununuz barədə nə deyə bilərsiniz?

- Öz oyunum barədə danışmaq düşünürəm ki, düz olmaz. Buna siz, kənardan baxanlar qiymət verməlidir. Mən komandam üçün əlimdən gələn hər şeyi etməyə çalışdım

- Sizcə meydana daha erkən daxil olsaydınız, nəticə daha yaxşı ola bilərdimi?

- Məşqçimiz bu oyunda mənə 30 dəqiqə şans verdi, bu onun qərarıdır. Düşünürəm ki, 45 dəqiqə şans versəydi, daha yaxşı ola bilərdi. Amma qərarları məşqçi verir, bu haqda birşey deyə bilmərəm.

- Sizcə bu məğlubiyyət azarkeşləri stadiondan uzaqlaşdırmayacaq?

- Biz onlardan daha çox üzülürük. Onlar olmasa, bizim üçün daha çətin olar. Fikrimcə, stadiona gəlsinlər, bizi dəstəkləsinlər, bizi tək qoymasınlar. Azarkeşləri başa düşürük, bizdən həmişə qələbə, yaxşı nəticə gözləyirlər, biz də əlimizdən gələni edirik. Bizi dəstəkləsinlər, onları stadionda görmək istəyirik.

- Slovakiya millisinin heyətində daha adlı-sanlı, güclü futbolçular var, növbəti matçda hansı nəticəni gözləməliyik?

- Yaxşı nəticəyə köklənək, oyun nələrin olacağını göstərəcək.

Son xəbərlər

Orphus sistemi