AFFA "Zirə" klubunun baş məşqçisini və 2 futbolçusunu cəzalandırıb

AFFA "Zirə" klubunun baş məşqçisini və 2 futbolçusunu cəzalandırıb Premyer Liqanın ötən turunun 5 oyunundan 4-ü ilə bağlı qərarlar verilib
Futbol
30 Oktyabr , 2015 13:16
AFFA Zirə klubunun baş məşqçisini və 2 futbolçusunu cəzalandırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunda baş verən olaylarla bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, cəzalar turun 5 oyunundan 4-nü əhatə edib.

“Kəpəz”lə matçın 58-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, Quliyev 2 oyunluq cəzaya, klub 2000 manat cəriməyə məruz qalıb. 87-ci dəqiqədə komandanın daha bir futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqənin ardından qovulub. O, 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 14-cü dəqiqədə isə baş məşqçi Adil Şükürov texniki zona qaydaların pozduğundan, tribunaya göndərilib. İntizam Komitəsi Şükürovu 1 oyunluq cəzalandırıb, klubunu 1000 manat cərimələyib.

“İnter”lə matçın 36-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu, kluba 1000 manat cərimə bahasına başa gəlib. Eyni məbləğdə cərimə kluba 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən tətbiq olunub. Nəhayət, “Qəbələ” ilə matçda AZAL-ın, "Sumqayıt"la qarşılaşmada "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi