Bakı. 24 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubunu 1000 manat cərimələyib.
"Report"un məlumatına görə, buna komandanın futbolçularının "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXIII tur matçında cəzalanmaları səbəb olub.
Oyun zamanı 4 oyunçusu sarı vərəqə aldığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. Daha 200 manat cərimə isə 66-cı dəqiqədə Akim Latifunun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması ilə əlaqədar tətbiq olunub. Bununla yanaşı, Latifu "Qəbələ" ilə XXIV tur matçını buraxmalı olacaq.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı qolsuz yekunlaşıb - 0:0.