Bakı. 22 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunu cəzalandırıb. "Report"un məlumatına görə, bunlar "Xəzər Lənkəran"ın arxa xətt oyunçusu Adrian Skarlatake ilə "Zirə"nin müdafiəçisi Mba Çimezidir.
Hər iki oyunçu növbəti turu buraxmalı olacaq. Skarklatake Premyer Liqanın V turunda "Neftçi" ilə qarşılaşmanın 56-cı, Çimeze isə "Rəvan"la görüşünün 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Onlara 1 oyunluq cəzadan əlavə, klublarına 200 manat cərimə kəsilib.
Qeyd edək ki, "Xəzər Lənkəran"la "Zirə" Premyer Liqanın VI turunda bir-biri ilə qarşılaşacaq.