AFFA "Xəzər Lənkəran"ın pulunu ödəyib

AFFA "Xəzər Lənkəran"ın pulunu ödəyib Klub AFFA və PFL-ə olan borcunu ödəyəcək
Futbol
27 Dekabr , 2016 18:13
AFFA Xəzər Lənkəranın pulunu ödəyib

Bakı. 27 dekabr. REPORT.AZ/ AFFA UEFA tərəfindən üzvləri milli komandaların heyətində çıxış edən klublar üçün ayrılmış məbləği "Xəzər Lənkəran"ın hesabına köçürüb. 

"Report"un məlumatına görə, klubun borcu olduğundan AFFA Avropa futbol qurumuna məktub ünvanlayaraq tövsiyəyə ehtiyac olduğunu bildirib.

UEFA isə öz növbəsində AFFA-nın 120 583 68 avronu klubun hesabına köçürməsini istəyib. Hazırda vəsait klubun hesabına köçülürüb. Eyni zamanda, "Xəzər Lənkəran" AFFA və Peşəkar Futbol Liqasına olan borcunu ödəyəcək.

Son xəbərlər

Orphus sistemi