AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən "Səbail-2" və "Sumqayıt-2" komandalarını 80 manat məbləğində cərimələyib.
"Report"un məlumatına görə, buna səbəb hər iki kollektivin XXII tur matçlarında xərək daşıyan şəxslərin sayının əsasnaməyə uyğun olmamasıdır.
Paytaxt klubu “Qaradağ Lökbatan”, "gənclik şəhəri" təmsilçisi isə "Sabah-2" ilə oyunda eyni səhvə yol verib.
Qeyd edək ki, əsasnaməyə görə xərək daşıyanların sayı 4 nəfər və yaşları 18-dən yuxarı olmalıdır.