AFFA Bakıdakı Avropa çempionatı ilə əlaqədar sponsorluq müqaviləsi imzalayıb

AFFA Bakıdakı Avropa çempionatı ilə əlaqədar sponsorluq müqaviləsi imzalayıb Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər
Futbol
7 Aprel , 2016 14:32
AFFA Bakıdakı Avropa çempionatı ilə əlaqədar sponsorluq müqaviləsi imzalayıb

Bakı. 7 aprel. REPORT.AZ/ AFFA və "Xalq Bank" 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı sponsorluq müqaviləsi imzalayıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bankın inzibati binasında baş tutan mərasimdə müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatını Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və bankın İdarə Heyətinin sədri Elxan Ağayev imzalayıb.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi aprelin 8-də baş tutacaq. Qrup mərhələsinin oyunları 5-6, 8-9 və 11-12 mayda keçiriləcək. Komandalar Bakı Olimpiya Stadionu, "Azərsun Arena", "Bakcell Arena" və "Dalğa Arena"da üz-üzə gələcəklər. 14-15 mayda "Bakcell Arena" və "Dalğa Arena"da 1/4 final oyunları baş tutacaq. Yarımfinal görüşləri mayın 18-i, final isə ayın 21-i olacaq. Hər iki mərhələ qarşılaşmaları Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi