AFFA və UNİCEF arasında növbəti müqavilə bağlanılıb

AFFA və UNİCEF arasında növbəti müqavilə bağlanılıb Əməkdaşlıq çərçivəsində uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparılacaq
Futbol
20 Noyabr , 2015 12:01
AFFA və UNİCEF arasında növbəti müqavilə bağlanılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bir neçə ildir əməkdaşlıq edən AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır. 

Əməkdaşlıq çərçivəsində hər iki qurum uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparacaq.

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA - UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb. 

Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edib.

Son xəbərlər

Orphus sistemi