AFFA və PFL Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı birgə məlumat yayıb

AFFA və PFL Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı birgə məlumat yayıb "Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur"
Futbol
28 Sentyabr , 2015 17:39
AFFA və PFL Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı birgə məlumat yayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ AFFA və Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı birgə məlumat yayıb. "Report"un məlumatına görə, rəsmi açıqlamada Azərbaycan Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etmələri xahiş olunub.

"AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televiziya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar. AFFA və PFL olaraq bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Premyer Liqa oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək Premyer Liqanın eksklüziv yayım hüququna yiyələnib.

Son xəbərlər

Orphus sistemi