AFFA və "Bakcell" arasındakı Elit Məşq layihəsi dayandırılıb

AFFA və "Bakcell" arasındakı Elit Məşq layihəsi dayandırılıb Buna bütün yaş qruplarında liqaların formalaşması səbəb olub
Futbol
19 Yanvar , 2017 11:05
AFFA və Bakcell arasındakı Elit Məşq layihəsi dayandırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ AFFA və "Bakcell"in birgə keçirdiyi Elit Məşq layihəsi dayandırılıb. AFFA-dan "Report"a verilən məlumata görə, buna ötən ildən bütün yaş qrupları üzrə liqaların formalaşması səbəb olub.

"Bakcell" 2014-cü ildə imzalanmış 3 illik müqaviləyə əsasən, kubok oyunlarının sponsoru olub və bu vaxtdan kubok oyunu "Bakcell Elit Cup" adlandırılıb.

AFFA-nın 2011-ci ildən başlatdığı Elit Məşq layihəsi Azərbaycanda uşaq futbolunun inkişafı və uşaq liqalarının yaradılmasına zəmin yaratmaq məqsədi ilə tətbiq edilib və hər il Elit Məşqlərdə iştirak edən komandalar arasında Kubok oyunları keçirilib.

Assosiasiya rəhbərliyi şirkətə 3 il ərzində "Bakcell Elit Cup"ın keçirilməsində və ümumiyyətlə, Azərbaycanda futbolun inkişafında göstərdiyi davamlı dəstəyə görə təşəkkür edir və gələcəkdə də futbolun inkişafı ilə bağlı müxtəlif layihələrdə əməkdaşlıq edəcəyinə əminliyini bildirir.

Qeyd edək ki, "Bakcell" futbol üzrə milli komandaların rəsmi sponsoru olmaqla yanaşı, AFFA ilə "Bakcell Arena", "Mançester Yunayted" Futbol Məktəbi, "Mançester Yunayted" Yay Məktəbi, "Bakcell U-17 liqası" kimi layihələrdə tərəfdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi