Yuxarı
    Bağlamaq

    AFFA UEFA-nın Azərbaycan klubları üçün ayırdığı pulu onların hesabına köçürüb

    UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi”yə 200 min avro, “İnter”ə 630 min avro ayırıb

    Bakı. 30 oktyabr. REPORT.AZ/2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb. “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi” 200 min avro, “İnter”ə 630 min avro ayırıb.

    UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

    AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi