AFFA UEFA-nın Azərbaycan klubları üçün ayırdığı pulu onların hesabına köçürüb

AFFA UEFA-nın Azərbaycan klubları üçün ayırdığı pulu onların hesabına köçürüb UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi”yə 200 min avro, “İnter”ə 630 min avro ayırıb
Futbol
30 Oktyabr , 2015 14:48
AFFA UEFA-nın Azərbaycan klubları üçün ayırdığı pulu onların hesabına köçürüb

Bakı. 30 oktyabr. REPORT.AZ/2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb. “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA “Qarabağ”a 950 min avro, “Qəbələ”yə 630 min avro, “Neftçi” 200 min avro, “İnter”ə 630 min avro ayırıb.

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.

Son xəbərlər

Orphus sistemi