AFFA UEFA-nın ayırdığı vəsaiti "Qarabağ"ın hesabına köçürüb

AFFA UEFA-nın ayırdığı vəsaiti "Qarabağ"ın hesabına köçürüb Daha 980 min avro ayrılıb
Futbol
19 Yanvar , 2017 14:27
AFFA UEFA-nın ayırdığı vəsaiti Qarabağın hesabına köçürüb

Bakı. 19 yanvar. REPORT.AZ/ UEFA "Qarabağ" klubuna daha 980 min avro vəsait ayırıb. "Report"un məlumatına görə, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda isə komanda məğlubiyyətlə üzləşib. 

Son xəbərlər

Orphus sistemi