AFFA UEFA-nın ayırdığı vəsaiti klubların hesabına köçürüb

AFFA UEFA-nın ayırdığı vəsaiti klubların hesabına köçürüb “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran”ın hesabına 30.790 avro keçirilib
Futbol
24 Dekabr , 2014 19:07
AFFA UEFA-nın ayırdığı vəsaiti klubların hesabına köçürüb

Bakı. 24 dekabr. REPORT.AZ/ 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin məbləğ qeyd olunmuş komandaların UEFA-nın klub yarışlarında iştirakına görə bu qurumdan alınacaq məbləğdən tutulub. UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261.520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30.790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən milli assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.

Beləliklə, 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hesabına 30.790 avro keçirilib.

Son xəbərlər

Orphus sistemi