Yuxarı

AFFA "Sumqayıt"ın baş məşqçisi və "Neftçi"nin futbolçusunu cəzalandırıb

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bakı. 7 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Kubokunun ilk 1/4 final və Premyer Liqanın XXIV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

Ölkə kubokunda “Rəvan”la matçda 4 futboçusu sarı vərəqə ilə cəzalandığı üçün "İnter"ə 1000 manat cərimə kəsilib.

“Neftçi” ilə oyunun ilk yarısında azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Xəzər Lənkəran” 1000 manat cərimələnib.

“Qarabağ”la qarşılaşma başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov meydana daxil olaraq hakimlər briqadasını təhqir edib. Gənc mütəxəssis 5 oyunluq cəzaya, klubu 5000 manat cəriməyə məruz qalıb.

Premyer Liqada isə “Xəzər Lənkəran”la görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün AZAL klubu 1000 manat ziyana düşüb.

“Qəbələ” ilə qarşılaşmanın 80-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Jayro Rodriges 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi