Yuxarı
    Bağlamaq

    ​AFFA "Sumqayıt"ı cəzalandırıb

    Klub 1000 manat cərimələnib

    Bakı. 2 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" klubunu 1000 manat cərimələyib. "Report"un məlumatına görə, buna XIX turun "Neftçi" ilə səfər oyununda komandanın 5 futbolçusunun sarı vərəqə alması səbəb olub.

    Qeyd edək ki, "Neftçi"nin 1:0 hesablı qələbə qazandığı oyunda "Sumqayıt"ın heyətində Vurğun Hüseynov, Cəmil Hacıyev, Murad Ağayev və Aleksandr Çertoqanov qeyri-idman hərəkəti, Ağabala Ramazanov isə hakimi aldatmağa cəhdi üzündən sarı vərəqə alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi