AFFA şübhəli oyunlarla bağlı I Divizion klublarına xəbərdarlıq edib

AFFA şübhəli oyunlarla bağlı I Divizion klublarına xəbərdarlıq edib Bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq
Futbol
18 Noyabr , 2016 11:39
AFFA şübhəli oyunlarla bağlı I Divizion klublarına xəbərdarlıq edib

Bakı. 18 noyabr. REPORT.AZ/ AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək. 

Oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiyanın bu istiqamətdə apardığı araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq. Bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi