​AFFA sığorta fondu yaradacaq

​AFFA sığorta fondu yaradacaq Elxan Məmmədov: "Biz hazırda zəmanət məktubu əvəzinə sığorta fondunu təklif edirik"
Futbol
25 Fevral , 2015 04:25
​AFFA sığorta fondu yaradacaq

Antalya. 25 fevral. REPORT.AZ/ "Biz artıq müzakirələrə başlamışıq, sığorta fondu yaratmaq istəyirik".

Bunu "Report"un Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Çempionatda iştirak etmək üçün hər bir klubun banklardan zəmanət kartı aldığını deyən baş katib onların AFFA-ya təqdim olunduğunu bildirib:

"Biz də hazırda zəmanət məktubunun əvəzinə sığorta fondunu təklif edirik. Zəmanət məktubunda 300 min və ya 500 min manat büdcə olmalıdır. Biz istəyirik ki, sığorta fondu vasitəsilə bu məbləğ bir depozit hesabına köçürülsün".

10 klubun ümumi büdcəsi 3 milyon manat edir. Hansısa klubun vəziyyəti pis olsa, artıq Klublar Komitəsi icazə verəcək ki, bu məbləğdən həmin klub istifadə etsin. Bununla da, mövsümün sonuna qədər fəaliyyətini davam etdirsin. Biz öz futbolumuzu sığortalamalıyıq. Təsəvvür edin ki, həmin sığorta fondu olsaydı, "Araz-Naxçıvan" çempionatı tərk edəndə biz həmin məbləği I Divizionun hansısa klubuna verərdik və o komanda çempionatda mübarizə aparardı".

Son xəbərlər

Orphus sistemi