​AFFA "Rəvan" və "Bakı" klublarının xallarını silib

​AFFA "Rəvan" və "Bakı" klublarının xallarını silib Bu barədə FİFA AFFA-ya məktub ünvanlayıb
Futbol
26 Yanvar , 2016 16:02
​AFFA Rəvan və Bakı klublarının xallarını silib

Bakı. 26 yanvar. REPORT.AZ/ FİFA yanvarın 21-də AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. "Report"un məlumatına görə, məktubda "Rəvan klubu ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Bundan başqa, eyni gündə ünvanlanan məktubda "Bakı" klubu haqqında qərar qəbul edildiyi bildirilib. Məktubda "Bakı" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Bunları nəzərə alaraq AFFA-nın İntizam Komitəsi "Rəvan"ın cari mövsüm aktivindən 6 xalın, I divizionda çıxış edən "Bakı"nın isə 3 xalın silinməsi ilə bağlı qərar qəbul edib və xallar silinib.

Son xəbərlər

Orphus sistemi