AFFA rəsmisi MOİK - "Mançester Yunayted" oyununa təyinat alıb

AFFA rəsmisi MOİK - "Mançester Yunayted" oyununa təyinat alıb Elçin Məmmədov MOİK Arenada baş tutacaq matçın direktoru olacaq
Futbol
22 Sentyabr , 2017 12:20
AFFA rəsmisi MOİK - Mançester Yunayted oyununa təyinat alıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) görüşünə təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, federasiya rəsmisi Moskva şəhərindəki MOİK Arenada baş tutacaq matçın direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi