Bakı. 19 may. REPORT.AZ/ AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycan Premyer Liqasında oynamaq üçün lisenziya almağa çalışan klub rəsmilərinə müraciət edib. "Report"un məlumatına görə, M.Nərimanoğlu bu gün lisenziya üçün apellyasiya müraciətində 10 günlük müddətin bitəcəyini xatırladıb.
O, klub rəsmilərini mətbuat səhifələrində özlərini ucuz reklam etməməyə çağırıb: "Bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiya müraciəti etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz
Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyası 2015-2016-cı il mövsümündə Premyer Liqada iştirak üçün Bakının "Zirə" və Gəncənin "Kəpəz" klublarına icazə verib. Qərardan narazı qalan bəzi klublar, o cümlədən, I divizionun qalibi "Neftçala" apellyasiya verəcəyini bildirsə də, hələlik heç bir addım atmayıb.