AFFA rəsmisi: "Digər sponsorlardan gələn vəsaiti artırmaq istəyirik"

AFFA rəsmisi: "Digər sponsorlardan gələn vəsaiti artırmaq istəyirik" AFFA-nın məqsədi əsas sponsor SOCAR-dan gələn vəsaitin məbləğini azaltmaqdır.
Futbol
15 May , 2019 12:58
AFFA rəsmisi: Digər sponsorlardan gələn vəsaiti artırmaq istəyirik
AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev / Report/ Firi Salim

"AFFA-nın məqsədi əsas sponsor SOCAR-dan gələn vəsaitin məbləğini azaltmaqdır".

"Report" xəbər verir ki, bunu AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində söyləyib.

Onun sözlərinə görə, 2017-ci ildə SOCAR-dan daxil olan vəsait AFFA-nın büdcəsinin 47 faizini təşkil edirdisə, 2018-ci il üçün bu göstərici 44 faiz olub. T.Piriyev digər sponsorlardan gələn vəsaiti artırmaq istədiklərini açıqlayıb: "Futbol biznes üçün faydalıdır. Hər şey tərəfdaşlığa yanaşmadan aslıdır. Əməkdaşlığın faydalı olmasına qarşı tərəf diqqət yetirməlidir". 

AFFA rəsmisinin fikrincə, artıq stadionlarda reklam lövhələri və ya formada loqolar aktual deyil: "Daha böyük dəyərlər var. Məsələn, "Məktəbli Kuboku" bizim layihəmizdir. Əvvəllər bu layihəni Təhsil Nazirliyi ilə birgə 2 məktəbdə həyata keçirirdik. Sonra fikirləşdik ki, layihəni genişləndirmək üçün dəstəyə ehtiyac var. Bu işdə "Coca Cola" ilə əməkdaşlıq etdik. Hazırda layihəni 76 rayonda keçiririk".

Son xəbərlər

Orphus sistemi