Yuxarı

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
O, MOİK - Bazel matçının direktoru olacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov oktyabrın 18-də Rusiyanın paytaxtı Moskvada MOİK-lə İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi