AFFA rəsmisi UEFA nümayəndəsi olacaq

AFFA rəsmisi UEFA nümayəndəsi olacaq Könül Mehtiyeva Avropa çempionatının ilkin seçmə mərhələsinə təyinat alıb
Futbol
1 Sentyabr , 2016 17:10
AFFA rəsmisi UEFA nümayəndəsi olacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun oyunlarına təyinat alıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva UEFA nümayəndəsi olacaq.

Oyunlar sentyabrın 14-19-da Albaniyada keçiriləcək. Bu qrupda Şotlandiya, Serbiya, Kipr və Albaniya yığmaları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi