AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə fair playı mövzusunda seminarı keçiriləcək.
Futbol
1 Oktyabr , 2019 14:30
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər

Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "fair play"ı mövzusunda seminarı keçiriləcək.

"Report"un məlumatına görə, oktyabrın 2-dən 4-dək baş tutacaq seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev ilə qrupun baş eksperti Bəhram Dadaşov iştirak edəcək. 

Seminarda ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "fair play"ı üzrə qaydalarında baş vermiş dəyişikliklər, UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı, eləcə də lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi