AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək

AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək İclasda İcraiyyə Komitəsinə qadın üzv seçiləcək
Futbol
3 May , 2016 11:03
AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın 40-cı növbəti Konqresi keçiriləcək. "Report"un məlumatına görə, Avropa futbol qurumuna 54 üzv assosiasiyanın qatılacağı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edəcək.

İclasda İcraiyyə Komitəsinə qadın üzv seçiləcək. Namizədlər norveçli Karen Espelund və fransalı Florans Arduendir. Espelund 2012-ci ildən bu vəzifədədir. O, UEFA-nın qadın futbolu komitəsinin də üzvüdür və əvvəllər Bakıda səfərdə olub. Arduen isə 2013-cü ilin fevralından Fransa Futbol Federasiyasının baş katibidir.

Milli assosiasiyalar Kosovo Futbol Federasiyasının UEFA-ya üzv seçilməsinə dair səsvermədə iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi