Yuxarı
    Bağlamaq

    AFFA rəhbərliyi Mirkamil Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

    Qurumun rəsmi saytı başsağlığı mətni yayıb

    Bakı. 31 mart. REPORT.AZ/ AFFA-nın rəsmi saytı qurumun İcraiyyə Komitəsinin üzvü və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimovun dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı mətni yayıb. "Report"un məlumatına görə, mətndə bildirilir:

    "Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib. AFFA-nın rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Mirkamil Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

    Qeyd edək ki, Mirkamil Rəhimov bu gün səhər saatlarında dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi