Yuxarı

AFFA radio məlumat və polisə görə klubları cərimələyib

AFFA radio məlumat və polisə görə klubları cərimələyib

AFFA İntizam Komitəsi “Zaqatala” klubunu I Divizionun XXV turunda “Neftçi” ilə ev oyunu zamanı Zaqatala şəhər stadionunda radio məlumat olmadığına görə cəzalandırıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kluba 160 manat cərimə kəsilib. “Zaqatala” həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat ziyana düşüb. Üstəlik, futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

“Sabah-2” – “Qarabağ-2” matçı qonaqların səhlənkarlığı ucbatından 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimələnib. Oyunun 90-cı dəqiqəsində “Sabah-2”nin baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, kluba 80 manat cərimə kəsilib.

“Turan Tovuz” – “Səbail-2” görüşündə oyun öncəsi iclasda polis iştirak etmədiyinə görə meydan sahibi klub 80 manat cərimə ödəməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi