AFFA "Qəbələ" və "Qarabağ" klublarını böyük məbləğdə cərimələyib

AFFA "Qəbələ" və "Qarabağ" klublarını böyük məbləğdə cərimələyib AFFA İntizam Komitəsinin iclası keçirilib
Futbol
21 Fevral , 2017 12:33
AFFA Qəbələ və Qarabağ klublarını böyük məbləğdə cərimələyib

Bakı. 21 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XIX turunun "Qəbələ" - "Qarabağ" matçında baş vermiş hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb.

Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib. Bundan başqa “Qəbələ” klubu azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb.

Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi