Yuxarı

​AFFA "Qəbələ" klubunu cəzalandırıb

Klub 1000 manat cərimələnib

Bakı. 17 noyabr. REPORT.AZ/ AFFA-nın İnitzam Komitəsi "Qəbələ" klubunu 1000 manat cərimələyib. "Report"un məlumatına görə, səbəb Azərbaycan Premyer Liqasının XII turunda "İnter"lə keçirilmiş oyununda "qırmızı-qaralar"ın 5 futbolçusunun sarı vərəqə almasıdır.

Qaydalara əsasən, bir oyunda 4 və daha çox futbolçusu sarı vərəqə alan komanda 1000 manat cəriməyə məruz qalır. 

Qeyd edək ki, XII turda keçirilmiş "Qəbələ" - "İnter" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi