Yuxarı
    Bağlamaq

    ​AFFA "Qəbələ" klubunu cəzalandırıb

    Azarkeşlərin meydana kənar əşya atması kluba 2000 manata başa gəlib

    Bakı. 10 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 4000 manat cərimələyib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, klub "Neftçi" ilə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşündə komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat, oyunun 113-cü dəqiqəsində meydana kənar əşya atıldığı üçün 2000 manat ziyana düşüb. 

    Daha 1000 manat cərimə isə Azərbaycan Premyer Liqasının XXXIII turunda "qırmızı-qaralar"ın "Zirə" ilə səfər oyununda 6 futbolçusunun "sarı" alması səbəbindən verilib.

    Kubok qarşılaşmasında "Neftçi" də 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ödəyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi