Yuxarı
    Bağlamaq

    ​AFFA "Qarabağ" və "Qəbələ" klublarını cərimələyib

    Hər iki klub azarkeşlərinə görə cəzalandırılıb

    Bakı. 5 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Nikolas Kanalesi cəzalandırıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, çilili hücumçu "Sumqayıt"la matçın 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

    Paytaxt klubu futbolçunun hərəkətinə görə 2 000 manat cərimə olunub. Nəticədə Kanales geridə qalan 4 turun yalnız 1-də komandasına kömək edə biləcək.

    Azərbaycan Premyer Liqasının XXXII turunda "Xəzər Lənkəran"la keçirilən matçın 60-cı dəqiqəsində "Bakı" klubunun futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və paytaxt klubu 200 manat cərimə edilib.

    Eyni tur "Qəbələ" üçün də uğurlu olmayıb. "Qarabağ"la 1:1 hesabı ilə yekunlaşan ev oyununun 12-ci və 90-cı dəqiqəsində meydan sahibləri azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə əyalət təmsilçisi 1 000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2 000 manat cərimələnib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi