AFFA "Qarabağ" klubunun məşqçisini cəzalandırıb

AFFA "Qarabağ" klubunun məşqçisini cəzalandırıb Klub 800 manat cərimə olunub
Futbol
22 Dekabr , 2016 12:51
AFFA Qarabağ klubunun məşqçisini cəzalandırıb

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Ruben Sellesi cəzalandırıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Azərbaycan Premyer Liqasının XIV turunda "İnter"lə evdə keçirilən oyunda R.Sellesin texniki zona qaydalarını pozması səbəb olub.

Məşqçiyə bir oyunluq cəza verilib. Klub isə 800 manat cərimələnib.

Həmin turda "Qəbələ" və "Kəpəz" komandaları arasında keçirilmiş oyunda Gəncə təmsilçisinin futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 200 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi