AFFA "Qarabağ"ın legionerinin Azərbaycan millisində çıxış etməsi üçün hüquqi prosedurlara başlayıb

AFFA "Qarabağ"ın legionerinin Azərbaycan millisində çıxış etməsi üçün hüquqi prosedurlara başlayıb Riçard Almeyda təklifini müsbət qarşıladığnı bildirib
Futbol
28 Fevral , 2017 11:26
AFFA Qarabağın legionerinin Azərbaycan millisində çıxış etməsi üçün hüquqi prosedurlara başlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ AFFA "Qarabağ" klubunun futbolçusu Riçard Almeydanın milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunması üçün müvafiq hüquqi prosedurlara başlayıb. 

"Report"un milli assosiasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, bu prosesə braziliyalı yarımmüdafiəçinin müraciətindən sonra start verilib. Almeyda AFFA-ya gələrək baş katib Elxan Məmmədovla görüşüb. O, Azərbaycan millisində oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib. 

Qeyd dək ki, bu il Riçard Almeydanın Azərbaycanda yaşamasının 5 ili tamam olur. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir.  

Son xəbərlər

Orphus sistemi