AFFA prezidenti: "Şəffaflıq nə qədər çox olsa, futbol o qədər inkişaf edər"

AFFA prezidenti: "Şəffaflıq nə qədər çox olsa, futbol o qədər inkişaf edər" R.Abdullayev həmçinin Bayıl Məşq Mərkəzində görülmüş işlər barədə danışıb
Futbol
20 Dekabr , 2017 11:25
AFFA prezidenti: Şəffaflıq nə qədər çox olsa, futbol o qədər inkişaf edər
AFFA prezidenti Rövnəq Abdullayev / Report/ Elshan Baba

Bakı. 20 dekabr. REPORT.AZ/ "Şəffaflıq nə qədər çox olsa, futbol o qədər inkişaf edər. UEFA nümayəndələri bizimlə görüşəndə bildirdilər ki, Şərqi Avropa ölkələri futbola haram qatdıqları üçün futbolu inkişaf etdirə bilmirlər. Qərbi Avropada isə belə halların kökü kəsilib. Biz də elə etməliyik ki, futbolumuzda haramın kökünü kəsək".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Futbol matçlarının manipulyasiyası məsələsinə toxunan R.Abdullayev UEFA tərəfindən mərc oyunlarının ciddi nəzarətə götürüldüyünü vurğulayıb. Onun sözlərinə görə, futbol oyununda iştirak edən şəxs heç vaxt mərc oyunlarında iştirak edə bilməz: "Bu, cinayət məsuliyyəti sayılır. İndiyədək "Keşlə"nin iki futbolçusu və "Neftçi"nin məşqçisi bu işə görə futboldan kənarlaşdırılıb. Onların işi prokurorluğa verilib". 

R.Abdullayev həmçinin Bayıl Məşq Mərkəzində görülmüş işlər barədə danışıb. O bildirib ki, məşq mərkəzi UEFA-nın maliyyəsi ilə ərsəyə gəlib.

AFFA prezidenti həmçinin vurğulayıb ki, Sumqayıt şəhər stadionunda 2, Bakı Olimpiya Stadionunda isə bir təbii örtüklü stadionun UEFA vəsaiti hesabına tikintisi nəzərdə tutulub.

İcraiyyə Komitəsinin iclası barədə danışan AFFA prezidenti aşağı yaş qrupları üzrə yığmalara baş məşqçilərin təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, baş məşqçi seçimi Q.Qurbanov və məşqçilər heyəti tərəfindən aparılıb.

Son xəbərlər

Orphus sistemi