​AFFA prezidenti Rövnəq Abdullayev FİFA prezidenti seçkisində səs verib

​AFFA prezidenti Rövnəq Abdullayev FİFA prezidenti seçkisində səs verib FİFA prezidenti vəzifəsi uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn mübarizə aparır
Futbol
29 May , 2015 20:33
​AFFA prezidenti Rövnəq Abdullayev FİFA prezidenti seçkisində səs verib

Bakı. 29 may. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi başlayıb. "Report"un məlumatına görə, ümumilikdə 209 ölkənin milli assosiasiyası əlifba sırası ilə 2 qutuya bölünərək hərəyə 1 səs veriblər.

Artıq AFFA prezidenti Rövnəq Abdullayev də seçki qutusuna yaxınlaşaraq seçimini edib. Ümumilikdə Avropadan 53, Afrikadan 54, Asiyadan 46, Şimali və Mərkəzi Amerikadan 35, Cənubi Amerikadan 10 və Okeaniyadan 11 səs veriib.

İlkin mərhələdə qalib gəlmək üçün namizədlər səslərin 2/3-ni yığmalıdırlar. İkinci mərhələdə isə qələbə üçün sadə səs çoxluğu da kifayətdir.

Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi