Yuxarı

​AFFA prezidenti FİFA-nın konqresində iştirak edir

Konqresdə FİFA prezidenti seçiləcək

Bakı. 28 may. REPORT.AZ/ Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın 65-ci Konqresi başlayb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 29-da yekunlaşacaq Konqresdə AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edir.

R.Abdullayev səfərə vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovla birgə yollanıb.

Qeyd edək ki, FIFA prezidenti vəzifəsinə iki namizəd var. Bunlar hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyndir. Konqres üzvləri onlardan birini növbəti müddətə FİFA prezidenti vəzifəsinə seçəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi