AFFA prezidenti "Bakı", "İnter" və "Simurq"un Premyer Liqa taleyinə aydınlıq gətirib

AFFA prezidenti "Bakı", "İnter" və "Simurq"un Premyer Liqa taleyinə aydınlıq gətirib "Reqlamentə əsasən, turnir cədvəlində son iki yeri tutan komanda aşağı divizionda oynamalıdır"
Futbol
14 İyul , 2015 14:17
AFFA prezidenti Bakı, İnter və Simurqun Premyer Liqa taleyinə aydınlıq gətirib

Bakı. 14 iyul. REPORT.AZ/ "Bakı" futbol klubunun növbəti mövsümdə Azərbaycan Premyer Liqasına qayıdacağı barədə xəbərlər həqiqətə uyğun deyil . "Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, bu yaxınlarda Hafiz Məmmədovla olan görüşü klubun Premyer Liqada qalacağı anlamına gəlməməlidir: "AFFA-nın reqlamenti var. Reqlamentə əsasən, turnir cədvəlində son iki yeri tutan komanda aşağı divizionda oynamalıdır. "Bakı" gələn mövsüm Birinci Liqada oynayacaq. Yaxşı, normal oyun və yaxşı nəticə göstərərək yenidən Premyer Liqaya qayıda bilər".

R.Abdullayevin sözlərinə görə, "İnter" və "Simurq" klubları gələn mövsüm Premyer Liqada qalacaq: "Bu iki klubdan heç biri Premyer Liqanı tərk etməyəcək. Artıq "İnter" Avropa Liqasında ilk mərhələni keçib, növbəti mərhələyə hazırlaşır. Bu istiqamətdə də işlər davam edir. Hər iki klub gələn mövsüm Premyer Liqadakı çıxışlarını davam etdirəcəklər".

Son xəbərlər

Orphus sistemi