Yuxarı

AFFA prezidenti Azərbaycan millisinin məşqini izləyir

Rövnəq Abdullayev meydançanın vəziyyəti ilə tanış olub və futbolçularla görüşüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev futbol üzrə Azərbaycan millisinin bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqini izləyir. 

"Report"un məlumatına görə, onlar meydançanın vəziyyəti ilə tanış olub və futbolçularla görüşüblər. 

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin ikinci turunda sabah Norveç yığmasını qəbul edəcək. Oyun 20:00-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi